• $
  • €
  • ₽
  • ₺
  • £

Dünyanın ən aqressiv sürücüləri hansı ölkədədir?

Dünyanın ən aqressiv sürücüləri hansı ölkədədir?
12.08.2026 16:58

İtaliya sürücülərin aqressiv davranışları ilə bağlı ən çox qeyd olunan ölkə olub. Sorğuda iştirak edənlərin 23%-i bu ölkədə aqressiv və ya təhlükəli sürücülüklə qarşılaşdığını bildirib.Bu nəticə avtomobil icarəsi üzrə beynəlxalq müqayisə platforması DiscoverCars.com-un 2026-cı ilin aprelində keçirdiyi sorğuda əksini tapıb.

Sorğuda platformanın 713 müştərisi iştirak edib. Respondentlərdən yollarda aqressiv sürücülüklə bağlı təcrübələrini, həmçinin bu davranışla daha çox əlaqələndirdikləri ölkə və şəhərləri qeyd etmələri istənilib.

Ölkələr üzrə siyahıda Böyük Britaniya 11%-lə ikinci, ABŞ 9%-lə üçüncü yerdə qərarlaşıb. Fransa və Avstraliya 5%-lə dördüncü yeri bölüşüb. İspaniya və Türkiyə isə 4%-lə beşinci olub.

Şəhərlər arasında London ən çox qeyd olunan şəhər olub. İtaliyanın Neapol şəhəri ikinci, Roma isə üçüncü yeri tutub.

Sorğuda sürücüləri ən çox qıcıqlandıran davranışlar da müəyyənləşdirilib. Respondentlərin 56%-i dönmə işıqlarından istifadə etməməyi ən əsəbiləşdirici davranış kimi göstərib.

Qarşıdakı avtomobilə həddindən artıq yaxın məsafədə hərəkət etmək 46%, ötmə zolağında yavaş sürmək 43%, sürücünün diqqətinin yayınması 39%, qəfil əyləcləmə isə 20% respondent tərəfindən qeyd olunub.

Respondentlərdən yaşadıqları ölkədə sürücülərin davranışını 1-dən 5-dək qiymətləndirmələri də istənilib. Ən azı 20 respondent tərəfindən qiymətləndirilən ölkələr arasında İtaliya 3,5 balla ən aqressiv sürücülük göstəricisinə malik olub. Yeni Zelandiya və ABŞ 3,4 balla növbəti yerlərdə qərarlaşıb.

Ən sakit sürücülük göstəricisi isə Avstraliyada qeydə alınıb – 2,7 bal. Kanada 2,8, Fransa və Niderland isə 2,9 bal toplayıb.

Gülnar Nazimqızı 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol