Bakının 4 rayonunda su problemi yaşanacaq

İstehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə magistral su xətlərində əsaslı təmir və yenidənqurma işlərinin aparılması ilə əlaqədar bu gün Bakının bir hissəsinə içməli suyun verilməsində fasilələr olacaq."Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidməti şöbəsindən Trend-ə verilən məlumata görə, gün ərzində Yasamal, Nəsimi və Xətai rayonlarının, eləcə də Suraxanı rayonu Hövsan qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























