• $
  • €
  • ₽
  • ₺
  • £

"Dərnəgül" elektrik deposu 2028-ci ilin əvvəlində tam istismara veriləcək

"Dərnəgül" elektrik deposu 2028-ci ilin əvvəlində tam istismara veriləcək
13.08.2026 11:07

Bakı Metropoliteninin “Dərnəgül” elektrik deposunda tikintinin ikinci mərhələsi çərçivəsində 12 vaqon istismara verilib, depon

un tam fəaliyyətə başlaması isə 2027-ci ilin sonu-2028-ci ilin əvvəlinə planlaşdırılır.
Bunu “Bakı Metropoliteni” QSC-nin baş mühəndisi Namiq Yusubov cümə axşamı “Dərnəgül” elektrik deposunda ikinci mərhələ üzrə işlərin tamamlanması və ilk qatarın qəbulu ilə bağlı keçirilən mediatur zamanı anews.az- ın sualına cavab verərkən  bildirib.

“Hazırda istismara verilmiş 12 vaqon var - bunlardan üçü qaldırma sahəsi, doqquzu isə təmir-baxış vaqonudur”, - Yusubov deyib.

Onun sözlərinə görə, layihənin növbəti mərhələsinin 2027-ci ilin sonu-2028-ci ilin əvvəlinədək tamamlanması, vaqonların tam fəaliyyətə başlaması və zəruri tunellərin tikintisindən sonra Bakı metrosunun Qırmızı və Yaşıl xətləri üzrə müstəqil qatar hərəkətinin təşkil edilməsi nəzərdə tutulur.

 “Dərnəgül” elektrik deposunun tam istismara verilməsi Bakı metrosunun Qırmızı və Yaşıl xətlərinin ayrılması layihəsinin əsas elementlərindən biridir. Hazırda hər iki xəttin qatarlarına “Nərimanov” elektrik deposu xidmət göstərir, Qırmızı və Yaşıl xətlər isə “28 May” stansiyası və “Həzi Aslanov” istiqamətində ortaq infrastrukturdan istifadə edir.

Xətlərin ayrılması başa çatdıqdan sonra Yaşıl xətt üzrə qatarların “Dərnəgül-Xətai” istiqamətində müstəqil hərəkəti nəzərdə tutulur. Layihənin məqsədi qatarların hərəkət intervalını azaltmaq, sərnişin axınını daha səmərəli idarə etmək və mövcud şəbəkənin buraxılış qabiliyyətini artırmaqdır.

Gülnar Nazimqızı

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol