• $
  • €
  • ₽
  • ₺
  • £

2030-cu ilə qədər 299 yeni vaqon alınacaq

2030-cu ilə qədər 299 yeni vaqon alınacaq
13.08.2026 11:13

Bakı Metropoliteni 2030-cu ilədək Bənövşəyi xətt üçün 299 yeni vaqon almağı planlaşdırır. Bunu “Bakı Metropoliteni” QSC-nin baş mühəndisi Namiq Yusubov anews.az-ın sualına cavab verərkən bildirib.

“Hazırda Bakı Metropolitenində 71 qatar tərkibi mövcuddur. Bənövşəyi xətdə köhnə qatar tərkibləri istismar olunur. 2030-cu ilədək həmin xətt üzrə 299 vaqonun alınması nəzərdə tutulub”, - Yusubov deyib.

Onun sözlərinə görə, yeni hərəkət tərkiblərinin alınması yalnız Bənövşəyi xəttlə məhdudlaşmayacaq.

Qırmızı və Yaşıl xətlərdə qatarlararası intervalın azaldılması üçün həyata keçirilən infrastruktur layihələri başa çatdıqca bu xətlər üçün də əlavə qatarların alınması nəzərdə tutulur.

Yusubov bildirib ki, Qırmızı xətdə “İçərişəhər” stansiyasında dalan yolunun tikintisi intervalın azaldılmasına imkan verəcək. Yaşıl xətdə isə gələcək Y-14 və Y-15 stansiyalarının tikintisi və dönmə kamerasının yaradılmasından sonra qatarların daha sıx intervalla hərəkətinin təşkili mümkün olacaq.

Bakı Metropoliteni paytaxtın metro şəbəkəsinin genişləndirilməsi proqramı çərçivəsində mövcud Qırmızı, Yaşıl və Bənövşəyi xətlərin infrastrukturunun inkişaf etdirilməsini və yeni stansiyaların tikintisini planlaşdırır.

Yaşıl və Qırmızı xətlərin ayrılması layihəsi də bu proqramın əsas hissələrindən biridir.

Xətlərin ayrılmasından sonra Qırmızı xətt üzrə hərəkətin “Həzi Aslanov–İçərişəhər”, Yaşıl xətt üzrə isə “Dərnəgül–Nizami” istiqamətində müstəqil təşkil edilməsi nəzərdə tutulur. Metropoliten rəsmilərinin bildirdiyinə görə, ayrılma işlərinin təxminən 11 ay ərzində tamamlanması planlaşdırılır.

Gülnar Nazimqızı

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol