• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı metrosuna Çin vaqonları gətirilə bilər

Bakı metrosuna Çin vaqonları gətirilə bilər
13.08.2026 11:37

Bakı Metropoliteninin 2030-cu ilədək almağı planlaşdırdığı 299 yeni vaqonun istehsalçısı hələ müəyyən edilməyib və təchizatçı tender və ya dövlət sifarişi yolu ilə seçilə bilər. Bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov anews.az-a açıqlamasında bildirib.

“Vaqonların kimdən alınacağını dəqiq bilmirik. Qanunvericiliyə görə ya tender elan olunmalı və seçim müsabiqə yolu ilə aparılmalı, ya da dövlət sifarişi olmalıdır”, - Məmmədov deyib.

Onun sözlərinə görə, Bakı Metropoliteni yeni hərəkət tərkiblərinin istehsalı imkanlarını öyrənmək məqsədilə bir sıra xarici istehsalçılarla təcrübə mübadiləsi aparıb və onların istehsal prosesi ilə tanış olub.

Məmmədov bildirib ki, bunların sırasında Çexiyanın Skoda və Çinin CRRC şirkətləri də var. Metropoliten həmçinin ənənəvi olaraq Rusiya istehsalçıları ilə əməkdaşlıq edib.

“Tender elan olunarsa, istənilən şirkət müsabiqəyə qatıla bilər. Bizim üçün əsas məsələ texniki şərtlərdir. Həmin şərtlərə uyğun müasir, dördüncü nəsil qatarlar istehsal edən istənilən şirkət prosesə qoşula bilər”, - Məmmədov deyib.

Bakı Metropoliteni 2030-cu ilədək əsasən Bənövşəyi xətt üçün 299 yeni vaqonun alınmasını planlaşdırır.

Metropoliten rəsmilərinin bildirdiyinə görə, hazırda sistemdə 71 qatar tərkibi mövcuddur.
Yeni qatarların alınması metro şəbəkəsinin genişləndirilməsi və hərəkət intervallarının azaldılması planlarının bir hissəsidir. Qırmızı və Yaşıl xətlərin ayrılması, “Dərnəgül” deposunun tam istifadəyə verilməsi və yeni infrastrukturun tikintisi ilə bu xətlər üzrə də əlavə hərəkət tərkiblərinə ehtiyac yaranacağı gözlənilir.

Gülnar Nazimqızı

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol