• $
  • €
  • ₽
  • ₺
  • £

Bəzi ixtisaslarda ballar arta bilər- DİM sədri açıqladı

Bəzi ixtisaslarda ballar arta bilər- DİM sədri açıqladı
13.08.2026 13:03

III ixtisas qrupu üzrə 600 və daha yuxarı bal toplayan 893 nəfər var. Bu göstərici ötən illə müqayisədə təxminən eyni səviyyədədir. Buna görə də 600 baldan yuxarı nəticə göstərən abituriyentlər üçün keçid ballarında ciddi dəyişiklik gözlənilmir, bəzi ixtisaslarda isə 5–10 baladək azalma ola bilər.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə DİM-in yutub kanalında canlı yayımda deyib.

Məleykə Abbaszadə qeyd edib ki, 500 baldan yuxarı nəticə göstərən abituriyentlər də ötənilki keçid ballarına etibar edə bilərlər. Onun sözlərinə görə, 400 baldan yuxarı nəticə göstərənlər üçün də ötənilki keçid ballarının əsasən qüvvədə qalacağı gözlənilir.

DİM rəhbəri bildirib ki, DT altqrupu üzrə 300–400 bal aralığında ciddi dəyişiklik proqnozlaşdırılmır. Lakin 200–300 bal intervalında yerləşən ixtisaslar üzrə keçid ballarının təxminən 20 baladək arta biləcəyi gözlənilir. 150 balla qəbul aparılan ixtisaslarda isə keçid ballarında təxminən 10–20 bal artım ehtimalı var.

Məleykə Abbaszadənin sözlərinə görə, TC altqrupunda 600 və daha yuxarı bal toplayanlar üçün vəziyyət ötən illə müqayisədə dəyişməyəcək. Lakin 500 baldan yuxarı nəticə göstərənlər üzrə bəzi ixtisaslarda keçid ballarının 30 baladək yüksəlməsi mümkündür.

DİM sədri qeyd edib ki, TC altqrupu üzrə dövlət sifarişi əsasında cəmi 220 plan yeri ayrılıb. Onun sözlərinə görə, dövlət sifarişi ilə qəbul olunmaq istəyən abituriyentlərin əsasən 520 və daha yüksək bal toplaması tələb olunacaq. TC altqrupunda 390 və daha yuxarı bal toplayan abituriyentlərin ödənişli əsaslarla qəbul şansları yüksəkdir. Bununla yanaşı, 300–400 və 200–300 bal intervallarında bəzi ixtisaslar üzrə keçid ballarının 90 baladək yüksəlməsi ehtimal edilir.

DİM rəhbərinin sözlərinə görə, TC altqrupunda 150 balla qəbul aparılan ixtisaslar olsa da, praktikada həmin ixtisaslara qəbulun əsasən 200 baldan yuxarı nəticə göstərən abituriyentlər arasında aparılması gözlənilir. O vurğulayıb ki, ənənəvi olaraq ən gərgin müsabiqə vəziyyəti məhz III ixtisas qrupunda müşahidə olunur.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol