• $
  • €
  • ₽
  • ₺
  • £

Samuxda qarayara diaqnozu təsdiqlənib

Samuxda qarayara diaqnozu təsdiqlənib
13.08.2026 15:14

Samux rayonunda qarayara xəstəliyinə yoluxma halı qeydə alınıb, xəstə heyvanla təmasda olan 9 nəfər Gəncədə xəstəxananın yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilib. Bu barədə Səhiyyə Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) birgə məlumat yayıb.

İlkin epidemioloji araşdırma zamanı xəstəliyə şübhəli bilinən şəxslərin iribuynuzlu heyvanlarla təmasda olduğu müəyyənləşdirilib. İlk şübhəli şəxsdən götürülmüş nümunənin laborator müayinəsi nəticəsində qarayara diaqnozu təsdiqlənib.

Məlumata görə, xəstə heyvanla təmasda olan 9 nəfər aşkarlanaraq Abbas Səhhət adına Gəncə Şəhər Birləşmiş Xəstəxanasının yoluxucu xəstəliklər şöbəsində izolyasiya olunub. Onlardan laborator müayinə üçün nümunələr götürülərək Şəmkir Regional Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilib.

Hazırda xəstə şəxslərlə təmasda olan digər insanlar müəyyənləşdirilir və tibbi müşahidəyə cəlb olunur. Dəri yarası olan şəxslərdən də laborator müayinə üçün nümunələr götürülür.

Aidiyyəti qurumlar bildiriblər ki, hazırda əhali arasında xəstəliyin yayılması müşahidə edilmir və vətəndaşların narahatlığına əsas yoxdur.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol