• $
  • €
  • ₽
  • ₺
  • £

“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovun məhkəməsində vəsatət təmin edilməyib

“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovun məhkəməsində vəsatət təmin edilməyib
13.08.2026 15:41

“Hürriyyət” qəzetinin və “Hürriyyət TV”nin baş redaktoru Vüqar Məmmədovun cinayət işi üzrə məhkəmənin növbəti iclasında onun ev dustaqlığına buraxılması barədə vəsatət təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə iş üzrə zərərçəkmiş şəxslərin nümayəndələri ifadə veriblər.

“Azərsun Holdinq”in hüquqşünası N.N. isə bildirib ki, 2025-ci ilin yanvarında holdinqin rəhbəri vəfat etdikdən sonra şirkət barədə “Hürriyyət” qəzetində rüsvayedici yazıların sayı artıb.

Daha sonra müdafiə tərəfinin vəkili Vüqar Məmmədovun səhhətinin nəzərə alınaraq ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb. Məhkəmə qısa müşavirədən sonra vəsatəti təmin etməyib.

Növbəti məhkəmə iclası oktyabrın 14-nə təyin olunub.

Vüqar Məmmədov 2025-ci il oktyabrın 29-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) “Hürriyyət” qəzeti və “Hürriyyət TV”də keçirdiyi əməliyyat zamanı saxlanılıb. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Məmmədova Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) və 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddələri ilə yekun ittiham elan edilib. Təqsirləndirilən şəxsin təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təsdiqlənməyib.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol