• $
  • €
  • ₽
  • ₺
  • £

"Azadlıq" qəzetinə ayrılan pullar dayandırıldı

"Azadlıq" qəzetinə ayrılan pullar dayandırıldı
27.11.2013 23:26
KİV-ə Dövlət Dəstəyi Fondu “Azadlıq” qəzetinə layihələrin maliyyələşdirilməsini dayandırdı.Bu barədə Fondun icraçı direktoru Vüqar Səfərli “Azadlıq”ın baş redaktoru Qənimət Zahidə məktub göndərib. Məktubda deyilir: “2013-cü ilin ikinci yarımilliyi  üçün  Azadlıq qəzetinin  redaksiyası ilə  mailiyyə yardımı ayrılmasına dair Fondla redaksiya arasında 28 iyun 2013-cü il tarixli  18 saylı müqavilə bağlanmışdır. Sözügedən müqavilənin 5.2-ci maddəsinə əsasən  maliyyə yardımı Redaksiyanın digər hüquqi və fiziki şəxslər qarşısında öhdəliklərinin yerinə yetirilməsi, o cümlədən, qanunvericiliyə uyğun olaraq tətbiq edilən maliyyə sanksiyalarının (cərimələrin) ödənilməsi üçün istifadə edilə bilməz. Yasamal Rayon Məhkəməsinin  22 oktyabr 2012-ci il tarixli qətnaməsinə əsasən (sədrlik edən S.Mehrəliyev) iddiaçı Məmmədova Kəbirə Meybulla qızının işgüzar nüfuzuna vurulmuş mənəvi zərərə görə borclu  Azadlıq qəzeti redaksiyasından 30 000 (otuz) min manat tutularaq “Ruhi Əsəb Əlil Qocalar evinin” hesabına köçürülməsi qət edilmişdir. İcra vərəqəsi 25 sentyabr 2013-cü il tarixdə verilmişdir. İcra işi  üzrə  24 oktyabr 2013-cü il tarixdə Yasamal Rayon İcra Şöbəsi tərəfindən Azadlıq qəzeti redaksiyasının Bank hesabına həbs qoyulmuşdur. Yuxarıda qeyd edildiyi kimi Azadlıq qəzeti redaksiyası ilə Fond arasında bağlanmış müqaviləyə əsasən tərəfimizdən ayrılan maliyyə yardımı  redaksiyanın digər hüquqi və fiziki şəxslər qarşısında götürdüyü öhdəliklərin yerinə yetirildiyi təqdirdə maliyyə yardımının verilməsi dayandırılır. Odur ki, Azadlıq qəzetinin redaksiyasına ayrılan maliyyə yardımı dayandırılır”.//Qaynar.info
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol