• $
  • €
  • ₽
  • ₺
  • £

Dörd rayonda yanğına səbəb olan beş nəfər müəyyən edilib

Dörd rayonda yanğına səbəb olan beş nəfər müəyyən edilib
14.08.2026 10:23

Azərbaycanda dörd rayonun kəndlərində baş verən yanğınlarla bağlı beş nəfər polis tərəfindən müəyyən edilərək məsuliyyətə cəlb olunub. 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin məlumatına görə, yanğınlar Ağsunun Ərəbmehdibəyli, Cəlilabadın Alar, Sabirabadın Nərimankənd və Saatlının Qaracalar kəndlərinin ərazilərində baş verib.

Araşdırma zamanı yanğınların həmin rayonların sakinləri H.Məmmədov, F.Fərəcov, M.Əzizov, S.Şahəliyev və R.Mecdinov tərəfindən törədildiyi müəyyənləşdirilib.

Yanğınlar nəticəsində ümumilikdə 2 hektara yaxın biçilmiş əkin sahəsi və kol-kos yanıb.

DİN bildirib ki, müəyyən edilən şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol