• $
  • €
  • ₽
  • ₺
  • £

Ağcabədidə icra başçısını təhqir edən şəxs 8 gün həbs edilib

Ağcabədidə icra başçısını təhqir edən şəxs 8 gün həbs edilib
14.08.2026 11:34

Ağcabədi rayonunun Şahsevən Təzəkənd kəndində ümumi istifadədə olan yolu bağlayan sakin inzibati qaydada 8 gün müddətinə həbs edilib.

Xitab24.az-ın məlumatına görə, 1992-ci il təvəllüdlü kənd sakini evinin qarşısından kənd sakinlərinin mal-qara aparıb-gətirməsindən ailəsinin narahat olduğunu bildirib.

Sakin məsələ ilə bağlı kənd icra nümayəndəliyinə müraciət etsə də, xahişinin təmin olunmadığını deyib. Bundan sonra o, yolu bağlayıb və bununla bağlı polisə müraciət edilib.

Məlumata görə, həmin şəxs sərxoş vəziyyətdə kənd sakinlərini və Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovu təhqir edib, həmçinin polisin qanuni tələblərinə tabe olmayıb.

Onun barəsində inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib.

Ağcabədi Rayon Məhkəməsinin qərarı ilə şəxs 8 gün müddətinə inzibati həbs cəzasına məhkum edilib.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol