• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda zavodda döyüşə yararlı qumbara tapıdı

Azərbaycanda zavodda döyüşə yararlı qumbara tapıdı
27.11.2013 21:01
Sumqayıtda zavodda qumbara aşkarlanıb.Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətindən (XRXX) APA-ya verilən məlumata görə, bu gün saat 11.06-da 112 Xidmətindən Sumqayıt  şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən “Azərikimya” İstehsalat Birliyinin Polietilen Zavodunda partlayıcı qurğu olması barədə daxil olub. Əməliyyat məlumatına əsasən, XRXX-nin kinoloqları və pirotexniki işlər üzrə mütəxəssisləri hadisə yerinə çıxıblar. Hadisə yerinə baxış keçirilərkən məlum olub ki, ərazidə aparılan təmir-tikinti işləri zamanı fəhlələr tərəfindən 1 ədəd “F-1” markalı əl qumbarası aşkar edilib. Xidmətin mütəxəssisləri ərazidəki insanların təhlükəsiz məsafəyə uzaqlaşdırılmasını təmin edib, adıçəkilən əraziyə kənar şəxslərin girişini məhdudlaşdıraraq axtarış  əməliyyatına başlayıblar. Xidmətin mütəxəssisləri tərəfindən əl qumbarasına baxış zamanı məlum olub ki, döyüşə yararlıdır. Aşkar edilmiş partladıcı qurğu hadisə yerində olan Xidmətin mütəxəssisləri tərəfindən  götürülüb və Hacı Zeynalabdin Tağıyev qəsəbəsinin inzibati ərazisində yerləşən partlatma meydanında partladılaraq zərərsizləşdirilib. Adıçəkilən ərazidə mütəxəssislər tərəfindən təkrar baxış keçirildikdən sonra digər  partlayış təhlükəli əşya aşkar olunmayıb.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol