• $
  • €
  • ₽
  • ₺
  • £

Böyükşor gölünün bir hissəsinin yaşıl rəngə boyanmasının səbəbi araşdırılır

Böyükşor gölünün bir hissəsinin yaşıl rəngə boyanmasının səbəbi araşdırılır
14.08.2026 22:59

Bakıdakı Böyükşor gölünün bir hissəsinin yaşıl rəngə boyanmasının səbəbi araşdırılır.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin əməkdaşları avqustun 14-də gölün müəyyən hissəsində yaşıl rəngli kütlə müşahidə ediblər.

İlkin müşahidələrə görə, yaşıl rəngli kütlənin daşların səthinə yapışması, selikli və yığıntı şəklində olması, eləcə də müxtəlif yaşıl çalarlarda müşahidə edilməsi bunun yosunlarda gedən fotosintez prosesi ilə əlaqəli ola biləcəyini göstərir.

Xidmətdən bildirilib ki, avqust ayında yüksək su temperaturu, intensiv günəş işığı və suda azot və fosfor kimi qida maddələrinin mövcudluğu yosun və sianobakteriyaların inkişafı üçün əlverişli şərait yarada bilər.

Bununla belə, yaşıl kütlənin dəqiq mənşəyinin və tərkibinin müəyyənləşdirilməsi üçün Xidmətin Mərkəzi Laboratoriyasının əməkdaşları tərəfindən göldən nümunələr götürülüb.

Hazırda nümunələr üzərində laborator analizlər aparılır. Nəticələrdən asılı olaraq müvafiq tədbirlərin görüləcəyi bildirilib.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol