• $
  • €
  • ₽
  • ₺
  • £

Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı açıqlama yayıb

Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı açıqlama yayıb
15.08.2026 14:10

Avqustun 14-də Nardaran qəsəbəsində yerləşən “Sea Breeze” istirahət mərkəzində hovuzda su nasosunda sıxılı vəziyyətdə qalan 4 yaşlı Abdullayev Akif Cavid oğlu vəfat edib. 

Bununla bağlı iş adamı Emin Ağalarov şəxsi instaqram səhifəsində paylaşım edib:

“Sea Breeze” ərazisindəki akvaparkda baş vermiş faciəvi hadisə nəticəsində bir uşaq həyatını itirib. Şəxsən öz adımdan, bütün “Sea Breeze” komandasının adından ailəyə ən dərin və səmimi başsağlığı verirəm. Belə bir anda valideynlərin və yaxınların ağrısını yüngülləşdirə biləcək heç bir söz yoxdur. 

Hazırda baş verənlərin bütün halları, o cümlədən uşağın hovuzun texniki zonasına - çəpərlərin arxasında su nasoslarının işlədiyi əraziyə necə düşməsinin səbəbləri araşdırılır.

Biz öz tərəfimizdən istintaqa hər cür yardım göstəririk.

Uşaqların və böyüklərin təhlükəsizliyi “Sea Breeze” üçün həmişə qeyd-şərtsiz prioritet və öhdəlik olub, olaraq qalır. Kurortun bütün zonaları, obyektləri FHN və müvafiq qurumlar tərəfindən mütəmadi olaraq yoxlanılır. Akvapark üçüncü mövsümdür ki, fəaliyyət göstərir və bu müddət ərzində 350 min nəfərdən çox qonağı qəbul edib.

Baş verənlərlə əlaqədar bütün təhlükəsizlik tədbirləri əlavə olaraq yenidən yoxlanılacaq və gücləndiriləcək.

“Sea Breeze” komandası, şəxsən mən ailəyə bütün lazımi dəstəyi və yardımı göstərəcəyik”. 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol