• $
  • €
  • ₽
  • ₺
  • £

Millət vəkili işəgötürənlərdən narazılıq etdi

Millət vəkili işəgötürənlərdən narazılıq etdi
28.05.2020 21:42
Azərbaycanda məşğulluq sahəsində problemlər daha çox özünü büruzə verir.«APA-Economics»in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət Komitəsinin sədri, millət vəkili Ziyad Səmədzadə bildirib.Onun sözlərinə görə, Azərbaycanda keyfiyyətli və yeni iş yerlərinin yaradılmasına ehtiyac var: «Bunun üçün emal və sənaye müəssisələrinin sayı artırılmalı, əmək müqavilələri ilə bağlı baş verən uyğunsuzluq və nöqsanlar aradan qaldırılmalıdır».Millət vəkili deyib ki, əgər bir iş yerində 10 nəfər çalışdığı halda, faktiki olaraq 3 nəfərlə əmək müqaviləsi bağlanırsa, bu, digər 7 işçinin hüquqlarının pozulmasına gətirib çıxarır: «Bu da işəgötürən sahibkarın sosial məsuliyyətinin, intizamının olmamasından irəli gəlir. Biz bu problemləri aradan qaldırmalı və elə etməliyik ki, Azərbaycan iqtisadiyyatının əmək tutumluluğu artsın».Z.Səmədzadə hesab edir ki, bütövlükdə bu problemə digər müvafiq qurumlarla yanaşı KİV də xüsusi diqqət göstərməlidir: «Biz innovasiyalı iqtisadiyyat qururuq və bunun da mühüm tələbi keyfiyyətli iş yeri yaratmaqdır. Ona görə də texniki peşə məktəblərinin istifadəyə verilməsi, ixtisasartırma kurslarının təşkili vacibdir. Bu gün elm tutumlu yüksək texnologiyalara əsaslanan iş yerləri yaradılsa, əmək haqları və insanların yaşayış tərzi, bütövlükdə cəmiyyətin inkişaf səviyyəsi yüksələr».ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol