• $
  • €
  • ₽
  • ₺
  • £

Direktor vəzifəsinə işə qəbul üzrə elektron qeydiyyat başlayır

Direktor vəzifəsinə işə qəbul üzrə elektron qeydiyyat başlayır
17.08.2026 19:47

Dövlət ümumi təhsil müəssisələrində direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır.Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

Bildirilib ki, avqustun 18-də saat 11:00-dan etibarən direktor vəzifəsi vakant olan dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə başlanılacaq:

Namizədlər 21 avqust saat 17:00-dək miq.edu.az/direktor linki vasitəsilə elektron qeydiyyatdan keçə bilərlər. Müsabiqə Elm və Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada, proqram təminatı vasitəsilə keçiriləcək və seçim və müsahibə mərhələlərindən ibarət olacaq. Seçim mərhələsində namizədlərin təqdim etdikləri məlumat və sənədlərin düzgünlüyü yoxlanılacaq. Bu mərhələni uğurla keçən namizədlər qaydalara uyğun olaraq ardıcıllıq əsasında müsahibəyə dəvət olunacaqlar.

Müsahibə Elm və Təhsil Nazirliyi tərəfindən yaradılmış müvafiq komissiyalar tərəfindən keçiriləcək. Namizədlər liderlik və strateji idarəetmə, pedaqoji və tədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əlaqə, problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji, həmçinin sosial və emosional bacarıqları üzrə qiymətləndiriləcəklər.

Qeyd edilib ki, hər bir namizəd müsabiqənin nəticələri ilə “Şəxsi səhifə” vasitəsilə tanış ola biləcək.

Müsabiqədə uğur qazanan namizədlərlə əmək münasibətləri qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmiləşdiriləcək.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol