• $
  • €
  • ₽
  • ₺
  • £

Jurnalistin yaxınının ölümü ilə bağlı həkimlər ifadə verdi

Jurnalistin yaxınının ölümü ilə bağlı həkimlər ifadə verdi
27.11.2013 17:18

ANS telekanalının əməkdaşı Afət Telmanqızı noyabrın 27-də “Media forum” saytına açıqlama verib. 

O, gəlinlərinin ölümü ilə bağlı Sumqayıtdakı 1 saylı doğum evinin həkimlərinin Yasamal Rayon Prokurorluğunda ifadə verdiyini deyib: “Əməliyyatı aparan həkim Sevda Xanbutayeva ifadəsində bildirib ki, əməliyyat yaxşı keçib, sonra nə olduğunu bilmir. Digər həkimin də ifadəsi alınıb.

Əsas öz səhvlərini deməyiblər ki, əməliyyat zamanı qanitirmə olub, bu da valideynlərdən və yaxınlardan gizlədilib. Xəstənin bədənində cift qalığı qalıb, bu da bədəndə zəhərlənməyə səbəb olub.

Doğum evinin baş həkimi İmmi Ələkbərzadəni də prokurorluğa dəvət edəcəklər. İşi aparan müstəntiq İsmayıl Abıyev bildirir ki, yaxın bir neçə gün ərzində dindirilmə başa çatandan sonra bütün məlumatları toplayıb ekspertizaya göndərəcəklər. Səhiyyə Nazirliyinin doğuşa yardım komissiyası apardığı araşdırmanın nəticəsini gələn həftə açıqlayacaq”.

Afət Telmanqızının qardaşının həyat yoldaşı Pərvinə Hüseynova oktyabrın 4-də Sumqayıtdakı 1 saylı doğum evində qeysər əməliyyatından keçirib. Əməliyyatdan sonra xəstənin vəziyyəti ağırlaşıb. Xəstə Bakıdakı Mirqasımov adına Respublika Xəstəxanasına gətirilib. Müayinə zamanı bəlli olub ki, əməliyyat zamanı xəstə çoxlu qan itirib. Onun bədənində cift qalığı qalıb və bu da bədəndə zəhərlənmənin yaranmasına səbəb olub. Pərvinə Hüseynova orada vəfat edib.

“Media forum”a danışan Afət Telmanqızı qeyd edib ki, hər bir əməliyyat öncədən planlaşdırılmış şəkildə olmalıdır: “Bir həftə ərzində müəyyən müayinələr, yoxlamalar aparılır. Gəlinimiz Pərvinə Hüseynova da, ailə olaraq biz də bu əməliyyatı nəzərimizdə tutmamışdıq. Həkimlər çağırıb ki, müayinə olunsun. Müayinə vaxtı gəlinin anasını inandırıblar ki, biz bunu mütləq əməliyyata götürməliyik. Həkimlərə güvənib razılıq verib. Səbəb kimi də arterial təzyiqinin 130 olmasını göstəriblər. Hamilə qadın üçün 130 təzyiq normaldır.

Zəng vurub anam da deyiblər ki, gəlininiz mütləq əməliyyat olunmalıdır. Ancaq anam narazılığın bildirib ki, əgər heç bir fəsad yoxdursa, niyə əməliyyat olunmalıdır? Həkim bildirib ki, istəsəniz də, istəməsəniz də biz əməliyyatı edəcəyik. Anam, qardaşım xəstəxanaya gedənə qədər artıq əməliyyat gedirmiş.

Əməliyyata tibbi göstəriş olmalıdır. Parlamentdə qəbul olunan yeni qanuna əsasən, tibbi göstərişsiz əməliyyat olunmur. Tibbi göstəriş o halda ola bilər ki, təbii doğuşdan sonra ananın səhhətində hansısa problemlər yarana bilər. Nəyə görə əməliyyat olunmalıdır, səbəb nədir? Bu səbəbi deyən yoxdur”.

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol