• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlik əhalidən yardım istədi

Nazirlik əhalidən yardım istədi
27.11.2013 17:01
Ünvanlı sosial yardımların ünvanlığının təmin olunması və şəffaflığını daha da artırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mətbuata və əhaliyə müraciət edib.APA-nın məlumatına görə, nazirlik yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev bildirib ki, bu vaxta qədər aparılan təyinatların hamısı dövlət başçısı tərəfindən aztəminatlı ailələrə verilməli olduğu halda, ünvanlı sosial yardımların heç də hamısı həmin kateqoriyadan olan insanlara verilməyib: “Ona görə də bu günə qədər təyinat aparılmış ünvanlı sosial yardım alan şəxslərin tərkibi tərəfimizdən araşdırılmaqdadır. Bu məsələdə biz mətbuata və ümumilikdə ictimaiyyətin nümayəndələrinə müraciət edərək onların məlumatlarına ehtiyac duyuruq”. Ç.Əliyev bildirib ki, noyabr 1-nə olan məlumata görə, ünvanlı sosial yardım alan ailələrin sayı 14 157-dir: “Nazirliyin saytında yerləşdirilən məlumatlara baxmaqla, bu ailələrin hamısının aztəminatlı ailələr olduğunu müəyyənləşdirmək çətindir. Rayon və şəhərlərdə əhalinin aztəminatlı olan şəxslərinə müraciət edirəm – onlar nazirliyin səhifəsində yerləşdirilən adlı siyahıya baxmaqla, aztəminatlı təbəqəyə aid olmayanları müəyyən edə bilərlər. Eyni zamanda rayon və şəhər Əhalinin Sosial Müdafiəsi mərkəzlərində adlı siyahılar mərkəzdə görünən yerlərdə asılıb. Bu siyahıda da onları müəyyən edərək, aid məxsusi təbəqəyə olmayanları müəyyən edə bilərlər”.  Nazirlik əməkdaşlarının bu işin öhdəsindən tək gələ bilmədiyini etiraf edən xidmət rəisi bütün vətəndaşlardan kömək istəyib. Qeyd edə ki, müvafiq hal aşkar olunduqda, nazirliyin elektron poçt ünvanına, eləcə də 142 “Qaynar xətt”inə və Xidmətin 012 595 04 26 və 595 04 28 saylı telefon nömrələrinə zəng etmək xahiş olunur.   Ç.Əliyevin sözlərinə görə, bu ilin oktyabr ayında ünvanlı sosial yardım təyinatı ailələr üzrə 15 150 olub. Hazırda noyabr ayı üzrə təyinatlar gedir. Artıq Əhalinin Sosial Müdafiə mərkəzləri üzrə təyin olunmuş limit aradan götürülüb. Bütün rayonlarda ünvanlı sosial yardım almaq üçün müraciət edənlərin müraciətləri qanunvericilik əsasında baxılaraq, onlara təyinatlar aparılır: “Hazırda bu günə qədər 13 459 təyinat aparılıb. Əhalinin Sosial Müdafiəsi mərkəzlərindən daxil olan məlumatlara əsasən, noyabr ayında ünvanlı sosial yardım alanların sayının 21 500 olması nəzərdə tutulur. Bu, oktyabr ayı ilə müqayisədə 42% çox deməkdir. Bununla əlaqədar bir neçə gün öncə ünvanlı sosial yardım alanların rayon və şəhərlər üzrə məlumatları nazirliyin saytında birinci səhifədə yerləşdirilib. Arzu edən şəxslər ünvanlı sosial yardım alanlar səhifəsinə girməklə, həmin məlumatları əldə edə bilər”.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol