• $
  • €
  • ₽
  • ₺
  • £

İtkin düşən uşağın atası: “Anası da 2 gündür itib”

İtkin düşən uşağın atası: “Anası da 2 gündür itib”
27.11.2013 16:39

İtkin düşmüş Leyla Məmmədovanın atası Müşfiq Məmmədov Hafta.az-a açıqlamasında qızının noyabrın 23-ü “Autorally” yarışlarına qatılmaq üçün ondan icazə alıb evdən çıxdığını bildirib: 

“Məndən yol pulu üçün 1 manat pul aldı. Yarışlar evimizin yaxınlığında keçirilirdi deyə, tək getməyinə etiraz etmədim”.

Müşfiq Məmmədovun sözlərinə görə, qızı Leyla həmin gün onunla mobil telefon vasitəsilə də əlaqə saxlayıb:

“Ona görə polisə gec müraciət etdim ki, mənə gizli nömrədən zəng etmişdi, deyirdi ki, gələcəm, gələcəm... Axır vaxtlar ona çoxlu zənglər gəlirdi, buna görə də hirsimdən telefonunu alıb sındırmışdım. Bilmirəm ona zəng edənlər kimlər idi, çoxlu dostları var idi. Artıq telefona mən cavab verməyə başlamışdım, buna görə də özlərini yalandan başqa adam kimi təqdim edirdilər”.

12 yaşlı qızın evdənqaçma ehtimalı da az deyil. Çünki Leylanın atası ilə söhbətdə qızın evdə zorakılığa da məruz qaldığı məlum oldu:

“Anası ilə ayrılmışıq, gətirdi qızı atdı üstümüzə getdi. Yasamalda yaşayırdı, amma indi o, da axtarışdadır. 2 gündür ki, o, da itib. Dayısı Leylanı döyürdü, mən onu heç vaxt döyməmişəm. Anasının adı Kristina Məmmədovadır. 

Leylanın yerini bilən bir adam var. Bu, qonşuluqda yaşayan 16 yaşlı bir qız dostudur, təəssüf ki, o, da indi itib. Buna görə də danışa bilmir, yəqin ki, bir yerdədirlər”. 

4 gün əvvəl itkin düşən Leyla Məmmədova 253 nömrəli məktəbin şagirdidir. Maraqlıdır ki, Müşfiq Məmmədov həmin məktəbə çox nadir hallarda getdiyini bildirib:

“Belə də... Arada, 1-2 dəfə getmişəm həmin məktəbə”.

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol