Sabah Astaranın üç kəndində qaz olmayacaq

Sabah Astara rayonunun üç kəndində qaz təchizatı müvəqqəti dayandırılacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar avqustun 20-də saat 10:00-dan işlər yekunlaşanadək Astara rayonunun Təngərüd, Maşxan və Lələkəpeştə kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























