• $
  • €
  • ₽
  • ₺
  • £

Lənkəranda qanunsuz fəaliyyət göstərən toyuq kəsimi müəssisəsi aşkarlanıb

Lənkəranda qanunsuz fəaliyyət göstərən toyuq kəsimi müəssisəsi aşkarlanıb
19.08.2026 16:27

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Lənkəran rayonu, Sütəmurdov kəndində fəaliyyət göstərən, Hüseynov Rüfət Almas oğluna məxsus toyuq kəsimi müəssisəsində yoxlama keçirilib. Bu barədə AQTA-dan məlumat verilib.

Bildirilib ki, yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu, obyektin icazəsi olmadan fəaliyyət göstərdiyi aşkarlanıb.

Həmçinin diri quşların müşayiətedici sənədlərinin olmadığı və antisanitar şəraitdə, baytarlıq-sanitariya nəzarəti olmadan kəsildiyi müəyyən edilib, eləcə də digər sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulduğu aşkarlanıb.

Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Müəssisənin fəaliyyəti məhdudlaşdırılıb və rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.

Qida zəncirində təhlükəsizliyin təmin olunması və əhalinin sağlamlığının qorunması üçün heyvan və quş kəsimi mütləq baytarlıq nəzarəti altında aparılmalıdır.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol