Zakir Həsənov Qusara ilk səfərini etdi

Müdafiə naziri Zakir Həsənov Qusar rayonunun "N" saylı hərbi hissəsində olub. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hərbi hissə komandiri Oruc Abdullayev Zakir Həsənova şəxsi heyət ilə bağlı məlumat verib. O. Abdullayev həmçinin hərbi hissədə görülən abadlıq və yenidənqurma işləri barəsində də naziri məlumatlandırıb. Zakir Həsənov hərbi hissəni gəzib və şəxsi heyətlə tanış olub. Müdafiə naziri daha sonra Qusar rayonun icra başçısı və hüquq mühafizə orqanları ilə görüşüb.Qeyd edək ki, Zakir Həsənov Qusar rayonuna nazir olaraq ilk dəfə rəsmi səfər edib.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























