• $
  • €
  • ₽
  • ₺
  • £

MİDA güzəştli mənzil seçimində yeni qaydalar tətbiq edəcək

MİDA güzəştli mənzil seçimində yeni qaydalar tətbiq edəcək
20.08.2026 11:58

 

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) “Güzəştli mənzil” sistemi üzrə mənzil seçimi prosesini dəyişib və növbəti satış zamanı yeni seçim mexanizmləri tətbiq edəcək.

Agentliyin məlumatına görə, satış günü ilk olaraq “ünvan üzrə” seçim aktiv olacaq. Vətəndaşlar əvvəlcədən müəyyən etdikləri mənzili ünvanı üzrə axtararaq onun real vaxt rejimində satış statusunu görə biləcəklər. Daha sonra “xəritə üzərində” və “parametrlər üzrə” seçim imkanları aktivləşdiriləcək.

MİDA bildirib ki, yeniliklərin məqsədi mənzil seçimində yol verilən səhvlərin qarşısını almaq və prosesi daha sürətli və rahat etməkdir.

Gözləmə qaydasında mənzil seçimi zamanı vətəndaşlar əvvəlcədən seçilməmiş mənzillərin statusu barədə məlumat əldə edə biləcəklər.

Bundan başqa, “Seçimlər” mərhələsində layihənin adı, ödəniş üsulu və mənzil seçimi üsulu ayrıca səhifələrdə təqdim olunacaq.

Yeni qaydalara əsasən, vətəndaş mənzili seçdikdən sonra ərizəsini ayrıca imzalayıb təqdim etməli olmayacaq. “Təsdiq et” düyməsini seçdikdən sonra ona avtomatik olaraq “Ərizəçi” statusu veriləcək.

MİDA vətəndaşların yeni seçim mexanizmi ilə tanış olması üçün rəsmi saytında ayrıca bölmə yaradıb. 4 sentyabr 2026-cı ildə satışa çıxarılacaq mənzillər barədə məlumat da həmin bölmədə yerləşdirilib.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol