• $
  • €
  • ₽
  • ₺
  • £

9 aydır vəzifədədir, təyinatı açıqlanmayıb - Milli Kulinariya Mərkəzinin yeni rəhbəri kimdir?

9 aydır vəzifədədir, təyinatı açıqlanmayıb - Milli Kulinariya Mərkəzinin yeni rəhbəri kimdir?
20.08.2026 16:30

 

Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru Günel Seyidəhmədlidir. Bu barədə Dövlət Turizm Agentliyindən anews.az-ın sorğusuna cavab olaraq bildirilib. 

Agentlik bildirir ki, o 2025-ci ilin noyabrından bu vəzifəni icra edir. 

Onun bu vəzifəyə təyin olunması ilə bağlı məlumat isə indiyədək nə Dövlət Turizm Agentliyinin məlumatlarında, nə də mediada açıqlanıb.

Seyidəhmədli Günel Tofiq qızı 6 iyun 1985-ci ildə Bakıda anadan olub. 2018-ci ildə sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 2023-cü ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosentidir.

O, 2022-2025-ci illərdə Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin Mədəni İrsin Qorunması və İnkişafı şöbəsində baş mütəxəssis vəzifəsində çalışıb.

2025-ci ilin sentyabr-noyabrında Dövlət Turizm Agentliyinin tabeliyindəki qurumlarda müxtəlif vəzifələrdə fəaliyyət göstərib.

2025-ci ilin noyabrından Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktorudur.

Azərbaycan Milli Kulinariya Mərkəzinə bundan əvvəl uzun illər Tahir Əmiraslanov rəhbərlik edib. O, 1991-ci ildə yaradılan mərkəzin ilk rəhbəri olub. 2022-ci ilin aprelində Əmiraslanov vəzifəsindən azad edilib və onun yerinə Orxan Fikrət oğlu Sadıqov (Orxan Fikrətoğlu) təyin olunub. Fikrətoğlu isə bu vəzifəni bir il müddətinə icra edib və öz istəyi ilə vəzifəsindən azad edilib. 

Gülnar Nazimqızı 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol