• $
  • €
  • ₽
  • ₺
  • £

Almaniyada istilərlə əlaqəli ölümlərin sayı 14 minə çatıb

Almaniyada istilərlə əlaqəli ölümlərin sayı 14 minə çatıb
20.08.2026 17:55

Almaniyada bu il həddindən artıq isti hava ilə əlaqəli ölənlərin sayı təxminən 14 min nəfərə çatıb, Robert Koch İnstitutunun (RKI) son hesablamaları göstərir.


Məlumatlar avqustun 9-dək olan dövrü əhatə edir və avqustun ortalarında ölkəni bürüyən son isti hava dalğasının mümkün təsirləri hesablamaya daxil edilməyib.


RKI-nin qiymətləndirməsinə görə, bununla da 2026-cı ildə Almaniyada istilərlə əlaqəli ölüm sayı son on ilin əvvəlki rekordunu keçib. Müqayisə üçün, 2018-ci ildə ölkədə təxminən 9 min istiliklə əlaqəli ölüm qeydə alınmışdı.


İsti hava xüsusilə yaşlı insanlar üçün təhlükəli olub. RKI-nin əvvəlki məlumatlarına görə, ölənlərin yarıdan çoxunu 85 və daha yuxarı yaşda olan şəxslər təşkil edib.


İnstitut istilərlə əlaqəli ölüm sayını ölüm haqqında şəhadətnamələrdə göstərilən səbəblər əsasında deyil, ümumi ölüm göstəricilərini temperatur məlumatları ilə müqayisə edən statistik model vasitəsilə hesablayır. Buna görə rəqəmlər qiymətləndirmə xarakteri daşıyır.


Avropanın digər ölkələrində də bu yay yüksək temperatur ölüm hallarının kəskin artmasına səbəb olub. Bloomberg-in rəsmi qurumlar və tədqiqat institutlarının məlumatları əsasında apardığı hesablamaya görə, 2026-cı ildə Avropada həddindən artıq istilərlə əlaqəli ölənlərin sayı 25 mini keçib.


Avropa temperaturun ən sürətlə yüksəldiyi qitədir və bu yay rekord istilər və quraqlıq qitənin bir sıra ölkələrində meşə yanğınlarına da səbəb olub.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol