• $
  • €
  • ₽
  • ₺
  • £

Pərviz Həşimli aclığı dayandırdı

Pərviz Həşimli aclığı dayandırdı
27.11.2013 14:20
Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanan jurnalist, hüquq müdafiəçisi Pərviz Həşimli aclıq aksiyasını dayandırıb.“Media forum” saytına danışan vəkil Elçin Sadıqov bildirib ki, noyabrın 26-da Pərviz Həşimli ilə görüşüb: “Ombudsman Elmira Süleymanova noyabrın 25-də Pərviz Həşimliyə baş çəkib. Pərviz Həşimli ombudsmanın xahişini və həkimin məsləhətini nəzərə alaraq noyabrın 26-da aclıq aksiyasını dayandırıb.Görüşdən sonra qanunsuz olaraq yenə də məndən qeydlərimi götürdülər. Qeydləri vermədiyimə görə təxminən saat yarım məni orada saxladılar. Əks halda məni buraxmayacaqlarını bildirdilər. Bu üsulla qeydləri alıb, surətini çıxardıqdan sonra özümə qaytardılar”.

Vəkil onu da əlavə edib ki, noyabrın 28-i saat 12-də Pərviz Həşimlinin evində və ofisində aparılan axtarışla bağlı apellyasiya şikayətinə baxılacaq. 

Pərviz Həşimli sentyabrın 17-də digər Azərbaycan vətəndaşı Təvəkkül Qurbanovla birgə tutulub. Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi onlara odlu silahın və döyüş sursatının qaçaqmalçılığı, odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma ittihamları ilə cinayət işinə başlayıb.

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol