• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı və Sumqayıtın bir sıra ərazilərində işıq olmayacaq

Bakı və Sumqayıtın bir sıra ərazilərində işıq olmayacaq
21.08.2026 09:29

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 21-də Bakının Yasamal və Nərimanov rayonlarında bir neçə Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq. Bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Belə ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 13:00-dək İzmir, Nəriman Nərimanov və Mətbuat küçələrinin bir sıra hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Bundan başqa Nərimanov RETSİ-nə daxil olan Vladimir Mayakovski, İsmayıl Hidayətzadə küçələrinin bəzi yerlərində, eləcə də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının yerləşdiyi ərazidə saat 09:00-dan 13:00-dək enerjinin verilişində fasilə yaranacaq.

Həmçinin Sumqayıt Elektrik Şəbəkəsinin (EŞ) ərazisində yerləşən 35/10/6 kV-luq "Nübar" yarımstansiyasında 10/6 kV-luq elektrik yuvalarında təmir işləri həyata keçiriləcək. Beləliklə, planlı fasilə saat 10:00-dan 17:00-dək Aşağı Güzdək qəsəbəsi və Atyalı yaşayış massivinin bəzi ərazilərini əhatə edəcək.

Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol