• $
  • €
  • ₽
  • ₺
  • £

Britaniya səfiri Azərbaycan Ermənistan münasibətlərindən danışıb

Britaniya səfiri Azərbaycan Ermənistan münasibətlərindən danışıb
21.08.2026 11:08

Böyük Britaniya Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə olunmasının Cənubi Qafqazda yeni ticarət, investisiya və nəqliyyat imkanları yarada biləcəyini hesab edir. Bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Dankan Norman bu gün keçirilən mətbuat konfrasında bildirib.

“Azərbaycan və Ermənistan hər iki tərəf arasında dialoq və davamlı qarşılıqlı əlaqəyə əsaslanan dayanıqlı sülhə doğru addımlar atırlar. Bu vəziyyət daha geniş regionda yeni ticarət, investisiya və bağlantı imkanlarını yaratmaq potensialına malikdir,”- Norman Bakıda keçirdiyi mətbuat konfransında deyib.

Səfir Vaşinqton Zirvə Görüşünün birinci ildönümünün bu yaxınlarda qeyd edildiyini bildirərək, ötən il sülh istiqamətində “əhəmiyyətli və nəzərəçarpan” irəliləyişin əldə olunduğunu deyib.

Onun sözlərinə görə, sərhədlərin delimitasiyası, Azərbaycanın Ermənistana enerji təchizatı və sərhədlərarası “Sülh Körpüsü” təşəbbüsü bu prosesin tərkib hissəsidir.

Norman nəqliyyat, enerji və kommunikasiya əlaqələrinin bərpasının Azərbaycan və Ermənistan arasında sülhün bütün region üçün daha çox rifah və təhlükəsizlik gətirməsinə kömək edə biləcəyini bildirib.

“Birləşmiş Krallıq davamlı infrastruktur və daha əhatəli Orta Dəhliz üçün Britaniya təcrübəsi, investisiya və maliyyələşdirməsi də daxil olmaqla, layihənin praktik baxımdan tətbiqini dəstəkləməyə hazırdır", - səfir deyib.

Gülnar Nazimqızı

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol