• $
  • €
  • ₽
  • ₺
  • £

88% repondent uşaqların sosial şəbəkələrə girişinin qadağan edilməsini dəstəkləyir

88% repondent uşaqların sosial şəbəkələrə girişinin qadağan edilməsini dəstəkləyir
21.08.2026 14:36

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin keçirdiyi ictimai rəy sorğusuna əsasən, respondentlərin 88,2%-i 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrə girişinin qadağan edilməsini dəstəkləyir.

Agentlikdən verilən məlumata görə, 16 yaşdan aşağı uşaqları olan respondentlər arasında bu qərarı dəstəkləyənlərin payı 91,2% təşkil edib. Həmin respondentlərin 67,9%-i övladlarının sosial şəbəkələrdən istifadə etdiyini bildirib.

Sorğuda iştirak edənlərin 87,5%-i uşaqların sosial şəbəkələrdən istifadəsinin onların təhsil və tərbiyəsinə mənfi təsir göstərdiyini düşünür. Respondentlərin 93,1%-i isə sosial şəbəkə platformalarının dövlət tərəfindən tənzimlənməsini məqsədəuyğun hesab edir.

Sorğuya görə, respondentlərin 81,8%-i informasiyanı sosial şəbəkələrdən əldə edir. Bu göstərici gənclər arasında 94,1%-ə yüksəlir. İnformasiya mənbələri arasında televiziyanın payı 55,9%, xəbər saytlarının 48,8%, ailə üzvləri və ətrafdakı şəxslərin 37,9%, radionun 5,8%, xarici medianın 4,8%, qəzet və jurnalların isə 2,8%-dir.

İctimai etimad baxımından isə ilk yerdə televiziya qərarlaşıb – 64,6%. Xəbər saytlarına 43%, sosial şəbəkələrə 31,4%, radioya 20,2%, qəzetlərə isə 9,6% respondent etimad göstərib.

Sosial şəbəkələrdən istifadə məqsədləri arasında gündəmi izləmək və məlumat əldə etmək 78,2%-lə ilk sıradadır. Bununla yanaşı, sosial şəbəkələrdən istifadə edən respondentlərin yarısı bu platformalarda qarşılaşdıqları məlumatların doğruluğunu ümumiyyətlə yoxlamadığını bildirib.

Agentliyin məlumatına görə, sorğunun nəticələri 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdən istifadəsinin məhdudlaşdırılmasına yönəlmiş tədbirlərin geniş ictimai dəstəyə malik olduğunu göstərir.

İctimai rəy sorğusu 25 iyul–2 avqust 2026-cı il tarixlərində üzbəüz müsahibə üsulu ilə keçirilib. Sorğuda 18 yaş və yuxarı 1 200 respondent iştirak edib. Respondentlərin cins, yaş qrupları və iqtisadi rayonlar üzrə bölgüsü rəsmi statistik göstəricilərə uyğun proporsional müəyyənləşdirilib. Sorğunun xəta əmsalı ±3 faiz təşkil edib.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol