Sumqayıtda internat yataqxanasında yanğın olub, ana və oğlu tüstüdən zəhərlənib

Sumqayıt şəhərinin 14-cü məhəlləsi ərazisində yerləşən 2 saylı internat yataqxanasında yanğın baş verib.
"Report"un məlumatına görə, hadisə yataqxananın dəhlizində qeydə alınıb.
Yanğın zamanı iki nəfər: yataqxanada yaşayan 1999-cu il təvəllüdlü Hüseynov Şahin Maşallah oğlu və anası, 1978-ci il təvəllüdlü Hüseynova Yusifə Nəsib qızı tüstüdən zəhərləniblər.
Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər.
Hadisə ilə bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























