Qazaxda iki minik avtomobili toqquşub, 2 nəfər ölüb

Qazax rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
"Report"un məlumatına görə, hadisə rayonun Xanlıqlar kənd yolunda qeydə alınıb.
"Mercedes" markalı avtomobil "Opel" markalı nəqliyyat vasitəsilə toqquşub.
İlkin məlumata görə, hadisə zamanı iki nəfər dünyasını dəyişib. Ölən şəxslərin kimliyi, həmçinin hadisənin dəqiq səbəbləri araşdırılır.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























