• $
  • €
  • ₽
  • ₺
  • £

Zaqatalada 4 nəfərin güllələnməsinə görə daha iki nəfər tutuldu

Zaqatalada 4 nəfərin güllələnməsinə görə daha iki nəfər tutuldu
27.11.2013 12:18
Zaqataladakı atışma ilə əlaqədar daha iki nəfər saxlanılıb. Bu barədə APA-ya hüquq-mühafizə orqanlarından məlumat verilib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin daha iki iştirakçısı, Balakən rayon sakinləri Sabir Osmanov və Pərviz Əliyev tutulublar. Saxlanılan Sabir Osmanov dörd nəfəri güllələyən Samir Osmanovun qardaşıdır. Saxlanılan şəxslərdən xeyli sayda silah-sursat və narkotik götürülüb. İlkin məlumata görə, hadisə iştirakçıları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər olub və silahlı insident də həmin şəxslərdən ibarət iki qrup arasında baş verib. Zaqatala rayon Polis Şöbəsinin rəisi Arif Babayev APA-ya açıqlamasında baş vermiş insidentlə bağlı bir neçə nəfərin saxlanıldığını təsdiqləsə də, hadisənin motivi barədə danışmaq istəməyib: “Hazırda bu işlə bağlı zəruri əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir. Aparılan tədbirlər başa çatandan sonra ictimaiyyətə məlumat veriləcək”. Xatırladaq ki, içərisində 4 nəfərin olduğu avtomobili avtomatdan güllə atəşinə tutan Balakən rayon sakini, 1991-ci il təvəllüdlü Osmanov Samir Rəşid oğlu və Balakən rayon sakini Vüqar Lahıcov ötən gün həbs ediliblər. S. Osmanovdan hadisə zamanı istifadə etdiyi avtomat silah da maddi sübut kimi götürülüb. S. Osmanov hadisə baş verən zamanı yaralanıbmış. S. Osmanovun öz əlindəki silahdan açılan güllələrdən biri elə onun özünə dəyib. S. Osmanovun müayinəyə ehtiyacı olduğu üçün o xəstəxanaya yerləşdirilib.  Hazırda hadisənin digər iştirakçılarının saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Qeyd edək ki, noyabrın 24-də saat 16.00 radələrində Zaqatala rayonu Yuxarı Tala kəndinin ərazisində “VAZ-2107” markalı avtomobildə olan naməlum şəxs Balakən rayon sakini Vüsal Əliqayevin idarə etdiyi “Hyundai” markalı avtomobilin istiqamətində avtomat silahdan atəş açıb. V. Əliqayevin sərnişinləri - Balakən rayon sakini Kamil Hüşənov, Bakı şəhər sakinləri Vasif Cəfərov və Vüqar Rəcəbov aldıqları güllə yarasından hadisə yerində ölüb, özü isə xəsarət alıb.    Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Balakən rayon sakini Samir Osmanov tərəfindən törədilməsi müəyyən edilib. Faktla əlaqədar cinayət işi başlanıb. ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol