• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda ilk dəfə 830 ədəd kriptovalyuta dövlət nəfinə müsadirə edilib

Azərbaycanda ilk dəfə 830 ədəd kriptovalyuta dövlət nəfinə müsadirə edilib
24.08.2026 09:43

Azərbaycanda məhkəmə təcrübəsində ilk dəfə kriptovalyutanın dövlət nəfinə müsadirə edilməsi ilə nəticələnən cinayət işi üzrə hökm çıxarılıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həbs etdiyi B.H.R. və İ.R.F. barəsində cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Yasamal Rayon Məhkəməsinin hökmünə əsasən, hər iki şəxs Cinayət Məcəlləsinin 206-1.3-cü maddəsi ilə əvəzləşdirmə və digər qarşılıqlı hesablaşma üsulları ilə xüsusilə külli miqdarda pul vəsaitlərinin qanunsuz olaraq Azərbaycandan xarici ölkəyə və ya xarici ölkədən Azərbaycana gizli köçürülməsi fəaliyyətini təşkil etməkdə təqsirli bilinib.

Məhkəmənin qərarı ilə B.H.R. 2 il 5 ay müddətinə azadlığın məhdudlaşdırılması və 3 milyon 623 min 568 manat cərimə, İ.R.F. isə 3 il müddətinə azadlığın məhdudlaşdırılması və 31 milyon 399 min 709 manat cərimə cəzasına məhkum edilib.

Hökmə əsasən, ibtidai istintaq dövründə məhkəmə qərarı ilə üzərinə həbs qoyulmuş “Binance” beynəlxalq virtual aktiv xidməti təminatçısındakı hesabda saxlanılan 830 ədəd kriptovalyuta da dövlət nəfinə müsadirə edilib.

Azərbaycan qanunvericiliyinə əsasən, xüsusi müsadirə cinayət törədilərkən istifadə olunan alət və vasitələrin, habelə cinayət yolu ilə əldə edilmiş əmlakın məcburi və əvəzsiz şəkildə dövlət nəfinə alınmasını nəzərdə tutur.

“Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunda isə cinayət yolu ilə əldə edilmiş əmlak anlayışına virtual aktivlər də daxil edilir.

Kriptovalyutanın dövlət nəfinə müsadirə edilməsi mexanizmi Azərbaycan məhkəmə təcrübəsi üçün yeni hesab olunur. Virtual aktivlərin hüquqi statusu və kriptovalyuta bazarının tənzimlənməsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Hazırda Azərbaycanda virtual aktivlərin və kriptovalyuta bazarının hüquqi tənzimlənməsini nəzərdə tutan qanun layihəsinin hazırlanması istiqamətində iş aparılır.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol