• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda ilk dəfə "Ironman 70.3" triatlon yarışı keçiriləcək

Bakıda ilk dəfə "Ironman 70.3" triatlon yarışı keçiriləcək
24.08.2026 09:57

Sentyabrın 5-də Bakıda ilk dəfə "Alufar Ironman 70.3 Baku" beynəlxalq triatlon yarışı keçiriləcək. Bu barədə  Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

Tədbir Gənclər və İdman Nazirliyi, Azərbaycan Triatlon Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı ilə baş tutacaq.

Yarışda 62 ölkədən ümumilikdə 1500 idmançının iştirakı nəzərdə tutulur. İdmançılar Xəzər dənizində 1,9 kilometrlik üzgüçülük, şəhərin müxtəlif ərazilərini əhatə edən 90,1 kilometrlik velosiped və Bakı Bulvarı boyunca 21,1 kilometrlik qaçış mərhələlərində mübarizə aparacaqlar. Finiş xətti "Yeddi gözəl" fəvvarəsinin yaxınlığında yerləşəcək.

Kişi və qadın kateqoriyalarında ilk 25 yeri tutan idmançılar 2027-ci ildə ABŞ-də təşkil olunacaq "Ironman 70.3" triatlon üzrə dünya çempionatına vəsiqə qazanacaqlar.

Sentyabrın 4-də isə müxtəlif yaş qrupları üçün "Ironkids" və 18 yaşdan yuxarı şəxslər üçün 5 kilometrlik "Fun Run" qaçışları keçiriləcək. "Ironkids" turnirində 5-8 yaşlı uşaqlar 500 metr, 9-13 yaşlı iştirakçılar 1 kilometr, 14-17 yaşlılar isə 2 kilometr məsafə qət edəcəklər.

Qeyd edək ki, "Ironman" seriyasının ilk yarışı 1978-ci ildə Havay adalarında keçirilib.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol