Göyçayda qonaq gələn 40 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

Göyçay rayonunun Şahsoltanlı kəndində qonaq olan kişi elektrik cərəyanı vurması nəticəsində ölüb.
Hadisə ilə bağlı məlumatı yerli hüquq-mühafizə orqanları yayıb.
Məlumata görə, 1986-cı il təvəllüdlü Şərur rayon sakini Abbas Qafar oğlu Babayev qonaq olduğu kənd sakini Laçın Məzlum oğlu Kərimovun evində elektrik cərəyanının təsirinə məruz qalıb.
Nəticədə A.Babayev hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























