• $
  • €
  • ₽
  • ₺
  • £

Rüfət Səfərovun 8 illik həbs cəzası qüvvədə saxlanılıb

Rüfət Səfərovun 8 illik həbs cəzası qüvvədə saxlanılıb
24.08.2026 13:26

Bakı Apellyasiya Məhkəməsi hüquq müdafiəçisi Rüfət Səfərovun barəsində çıxarılmış hökmə dair apellyasiya şikayətini təmin etməyib.

Hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən iclasda Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasına qərar verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səfərov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Rüfət Səfərov 2024-cü il dekabrın 3-də saxlanılıb. İttihama görə, o, Novxanıda bağ sahəsinin satılması vədi ilə zərərçəkmiş Natiq İmaquliyevdən 60 min manatdan çox pul alıb, lakin vədinə əməl etməyib.

İttiham materiallarına əsasən, bundan sonra İmaquliyev Səfərovun qarajına gedərək onunla mübahisə edib və hadisə zamanı xəsarət alıb.

Səfərova Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq), 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma) və 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə ittiham irəli sürülüb.

Tatyana 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol