• $
  • €
  • ₽
  • ₺
  • £

Paytaxtın “toy karvanı" qəzalarının statistikası

Paytaxtın “toy karvanı" qəzalarının statistikası
27.11.2013 12:00
Bu ilin əvvəlindən Bakıda "toy karvanları"ndakı nəqliyyat vasitələrinin iştirakı ilə 41 yol qəzası baş verib."Toy karvanı terroru" nəticəsində 8 nəfər ölüb, 29 nəfər xəsarət alıb. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi (DIN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib.Bölmə rəisinin sözlərinə görə, qeydə alınan hadisələrdən 21-i ölüm və xəsarətlə, 20-si isə maddi zərər dəyməsi ilə nəticələnib.V.Əsədov bildirib ki, bu istiqamətdə təhlükəsizliyin təmin edilməsi üçün yetərincə təbliğat aparılıb, əlavə tədbirlər görülüb. Bunun nəticəsində onlarla sürücü inzibati məsuliyyətə cəlb edilib: "Belə ki, müşahidə kameraları vasitəsi ilə bəy-gəlin maşınını müşayiət edən zaman avtoxuliqanlıq edənlərin görüntüləri əldə edilib və bunun əsasında 8 nəfər məsuliyyətə cəlb edilib. İşıqforun qırmızı işığında hərəkət edən 16, yolayrıcılarını keçmə qaydalarını pozan 24, üfüqi nişanlanma xəttinin (qoşa xətt) tələbini pozan 59, lüzumsuz olaraq səs siqnallarından istifadə etdiyinə görə 32, nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə etdiyinə görə isə 26 sürücü inzibati məsuliyyətə cəlb edilərək barələrində qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülüb".Bölmə rəisi qeyd edib ki, bundan əlavə, yol hərəkəti qaydaları pozulduğuna görə 3 halda bəy və gəlin onları daşıyan bəzədilmiş avtomobildən düşərək digər avtomobillə hərəkət etmək məcburiyyətində qalıblar. Onlardan birində sürücü işıqforun qırmızı işığında keçdiyinə görə saxlandıqda məlum olub ki, onun sürücülük vəsiqəsi də yoxdur. İki halda isə bəy-gəlin avtomobili dövlət nömrə nişanı olmadığına görə saxlanılıb.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol