• $
  • €
  • ₽
  • ₺
  • £

Fermer südünü yerə töküb nazirə səsləndi - video

Fermer südünü yerə töküb nazirə səsləndi - video
24.08.2026 13:34

Fermerlərdən biri südün 3 litrlik qabının 45 qəpiyə, yəni litrin 15 qəpiyə alındığını bildirərək aidiyyəti qurumlara müraciət edib. Bu barədə fermer sosial şəbəkələrdə video yayıb. 

Fermer deyib ki, heyvandarlıq təsərrüfatının xərcləri fonunda bu qiymət onun fəaliyyətini davam etdirməsinə imkan vermir.

“Bu günləri fermerdən alınan südün qiyməti budur - 15 qəpik! Mən 15 qəpiklə necə ayaqda qalım?” - fermer bildirib.

Onun sözlərinə görə, heyvanların yemlənməsi üçün xərclər yüksəkdir. Fermer qış tədarükü üçün əlavə olaraq yüzlərlə pres ot almalı olduğunu deyib.

Fermer həmçinin südün istehlakçıya daha yüksək qiymətə satıldığını iddia edib və südün alış qiyməti ilə hazır məhsulların pərakəndə qiyməti arasındakı fərqə diqqət çəkib.

“Bir 3 kiloluq qatığın bu gün ölkəmizdə qiyməti 5 manatdır. Məndən 15 qəpiyə alınan südü aparıb içində maya qatır, 5 manatdan qatıq satır”, - o deyib.

Fermer bildirib ki, bəzi ərazilərdə südün daha yüksək qiymətə alındığını eşidib və bu qiymət fərqinin aradan qaldırılmasını istəyib.

O, fermerləri südü aşağı qiymətə satmamağa çağırıb və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən dövlət qurumlarına müraciət edib.

“Kənd Təsərrüfatı naziri, hörmətli Məcnun Məmmədov, sizdən artıqlaması ilə xahiş edirəm: bizə sahib çıxın!” - fermer deyib.

Fermer südün ən azı 1 manat qiymətinə alınmasını istəyib və bildirib ki, bu halda yem və digər xərclərini qarşılamaq mümkün olar.

 

Gülnar Nazimqızı 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol