• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət Statistika Komitəsinə yeni aparat rəhbəri təyin olunub

Dövlət Statistika Komitəsinə yeni aparat rəhbəri təyin olunub
25.08.2026 11:33

 

Azərbaycan Dövlət Statistika Komitəsinin Aparat rəhbəri vəzifəsinə Səbuhi Əliyev təyin edilib. Bu barədə unikal məlumat yayıb. 

Əliyev bu vəzifəyə qədər Dövlət Statistika Komitəsi sədrinin müşaviri kimi fəaliyyət göstərib. O, 24 avqust 2026-cı ildə Aparat rəhbəri vəzifəsinə təyin olunub.

43 yaşlı Səbuhi Əliyev 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr, 2009-cu ildə isə magistr təhsili alıb.

O, 2007-2010-cu illərdə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsində, 2010-2019-cu illərdə Maliyyə Nazirliyi yanında Dövlət Borcunun İdarə Edilməsi Agentliyində müxtəlif vəzifələrdə çalışıb. 2019-cu ildə Vergilər Nazirliyində fəaliyyət göstərib.

Əliyev 2019-2024-cü illərdə Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyində, o cümlədən şöbə müdiri vəzifəsində işləyib. 2024-cü il avqustun 19-dan 2026-cı il aprelin 13-dək həmin agentliyin direktor müavini olub.

2026-cı il aprelin 14-dən avqustun 24-dək Dövlət Statistika Komitəsi sədrinin müşaviri vəzifəsində çalışan Əliyev bundan sonra komitənin Aparatına rəhbərlik edəcək.

O, 2025-ci il iyunun 21-də Prezident İlham Əliyevin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol