• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda ali məktəblərin qəbul planı 97,07% dolub

Azərbaycanda ali məktəblərin qəbul planı 97,07% dolub
25.08.2026 12:43

 

Bu il Azərbaycanda ali təhsil müəssisələrinin qəbul planının 97,07 faizi dolub. 

Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə bildirib ki, ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqədə 87 146 nəfər iştirak edib.

Onun sözlərinə görə, onların 58 947 nəfəri, o cümlədən 4 215 subbakalavr tələbə adını qazanıb. Qəbul olunanlardan 28 108 nəfər dövlət sifarişi, 317 nəfər dövlət hesabına, 30 522 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Abbaszadə bildirib ki, boş qalan plan yerlərinə ixtisas seçimi başa çatdıqdan sonra qəbul planının dolma göstəricisi daha da yüksələcək.

Ötən illə müqayisədə bu il ali məktəblərə qəbul olunanların sayı 1 711 nəfər artıb. Dövlət sifarişi əsasında qəbul olunanların sayı isə əvvəlki ilin göstəricisindən 290 nəfər çoxdur.

DİM sədrinin sözlərinə görə, son illərdə qəbul planında dövlət sifarişli yerlərin sayının artırılması ödənişsiz təhsil imkanından yararlanan tələbələrin sayının da artmasına səbəb olur.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol