• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda ölüm sayına görə Sabunçu birinci olub - statistika

Bakıda ölüm sayına görə Sabunçu birinci olub - statistika
25.08.2026 15:48
 

Azərbaycanda 2026-cı ilin yanvar-iyununda ən çox ölüm halı Bakıda qeydə alınıb - paytaxtda 7 491 nəfər ölüb. Bu, ölkə üzrə qeydə alınan 30 625 ölüm halının təxminən dörddə birini təşkil edib. Bu barədə Dövlət Stastistika Komitəsindən bildirilib. 

 

Bakının rayonları arasında ən çox ölüm Sabunçuda - 1 057, Binəqədidə - 882, Yasamalda - 815, Suraxanıda - 781 və Xətaidə - 680 nəfər olub.

 

İqtisadi rayonlar üzrə Bakıdan sonra ən yüksək göstərici Lənkəran-Astara iqtisadi rayonunda - 2 623 ölüm halı ilə qeydə alınıb.

 

Qarabağ iqtisadi rayonunda 2 416, Qazax-Tovuzda 2 377, Mərkəzi Aranda 2 262, Şəki-Zaqatalada isə 1 976 ölüm halı olub.

 

Ötən ilin eyni dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə düşən ölüm hallarının sayı 5,8-dən 6,0-a yüksəlib.

 

Eyni dövrdə Azərbaycanda 40 798 uşaq doğulub və təbii artım 10 173 nəfər təşkil edib.

 

Ölkə əhalisinin sayı 2026-cı il iyulun 1-nə 10,273 milyon nəfərə çatıb.

 

Gülnar Nazimqızı 

 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol