• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan diasporu ermənilərin yalanını açdı - FOTO

Azərbaycan diasporu ermənilərin yalanını açdı - FOTO
27.11.2013 10:45

2013-cü il 16-21 noyabr tarixlərində Misir Ərəb Respublikasının paytaxtı Qahirə şəhərində Misir Mədəniyyət Nazirliyi tərəfindən Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş "VI Beynəlxalq Səma Dini Musiqi Festival"-ında Azərbaycan daxil olmaqla, 12 ölkə təmsil olunub. 

ANN.Az-ın məlumatına görə, Azərbaycanı bu mötəbər festivalda bir çox istedadlı musiqiçilər təmsil ediblər. 

Festivalın açılış günündə 3 nəfərdən ikisi erməni olmaqla, Rusiyanı təmsilçilərinin çıxışı azərbaycanlılar tərəfindən ciddi narazılıqla qarşılanıb. Buna səbəb, Avetis Manukyan tərəfindən ifa olunan milli musiqi alətimiz olan balabanın Ermənistanın nəfəs musiqi aləti kimi təqdim edilməsi olub.

Bununla yanaşı, Misir Mədəniyyət Nazirliyi tərəfindən paylanılan xüsusi proqram kitabçasında Rusiya Federasiyasını təmsil edən iştirakçılardan birinin doğulduğu Xankəndi şəhərinin Ermənistan ərazisi kimi qeyd olunması, Azərbaycan nümayəndələrini özündən çıxarıb. 

Nümayəndə heyətinin rəhbəri, Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb ölkələrinin tarixi və iqtisadiyyatı şöbəsinin kiçik elmi işçisi Pərvin Əfəndiyeva, Misirdəki Azərbaycan Diasporu təşkilatının sədri, Dünya Azərbaycanlı Gənclər Birliyinin Mərkəzi Şurasının üzvü Ramil Niftəliyev və Misirdəki Azərbaycan Diasporu təşkilatının beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Rəşad Əliyev bu barədə misirli festival təşkilatçılarına və iştirakçılara məlumat verərək, bu məsələ ilə bağlı öz etiraz və iradlarını bildiriblər. Nəticədə ermənilərin yekun bağlanış konsertində iştirakı qadağan olunub. 

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol