Naxçıvanın bəzi ərazilərində qazın verilişi dayandırılacaq

Bu gün təmir-quraşdırma işləri ilə əlaqədar Naxçıvan şəhərinin bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
“Azəriqaz” İstehsalat Birliyinin Naxçıvan Regional Qaz İstismarı İdarəsinin məlumatına görə, saat 11:30-dan işlər yekunlaşanadək N.Naxçıvani küçəsində, saat 15:00-dan isə işlər başa çatanadək Əliabad qəsəbəsində qazın verilişi dayandırılacaq.
İşlərin başa çatmasından sonra qaz təchizatının bərpa olunması nəzərdə tutulur.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























