• $
  • €
  • ₽
  • ₺
  • £

Rəsulzadə ilə bağlı prezidentə müraciət edildi

Rəsulzadə ilə bağlı prezidentə müraciət edildi
27.11.2013 09:58

Məhəmməd Əmin Rəsulzadə Mərkəzinin sədri, tarixçi-alim Nəsiman Yaqublu prezident İlham Əliyevə müraciət ünvanlayıb. O, öz müraciətində Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi ilə bağlı ölkə başçısının verdiyi sərəncamın ictimaiyyət tərəfindən rəğbətlə qarşılandığı və cəmiyyətdə barışa yönəlik mühüm hadisə kimi qiymətləndirilir. 

Müraciətdə deyilir: “22 ilə yaxındır müstəqilliyini elan etmiş Azərbaycanda bu dövlətin yaradıcısına olan sayğısız münasibətlərə,  nəhayət, son qoyulacağı ümidindəyik. Düşünürəm ki, Rəsulzadənin bir daha nə heykəli uçurulacaq, nə büstü dağıdılacaq, nə də ona  ögey yanaşmalar sərgilənəcək”.

Tarixçi-alim daha sonra Rəsulzadə və onun silahdaşlarının zəngin irsini toplamaqda və nəşr edilməkdə tədqiqatçıların dövlətdən  lazımi dəstək görmədiyini qeyd edir və təkliflərini verir: “Azərbaycanda 15 ilə yaxındır fəaliyyət göstərən, Rəsulzadə ilə bağlı  kitablar hazırlayan, Azərbaycan və rus dillərində ensiklopediyalar çap edən, müxtəlif konfrans və tədbirlərin təşkilatçısı olan,  təəssüflər ki, Ədliyyə Nazirliyində hələ də dövlət qeydiyyatına alınmayan Məhəmməd Əmin Rəsulzadə Mərkəzinin rəsmi fəaliyyət göstərməsinə şərait yaradılsın, ofislə təmin edilsin; fəaliyyəti üçün dövlətdən vəsait ayrılsın - Atatürk və Heydər Əliyev Mərkəzi, digər qurumlar kimi. M.Ə.Rəsulzadənin, eləcə də onun silahdaşları olan Ə.Topçubaçovun, C.Hacıbəylinin, Ə.F.Düdənginskinin,  M.Musazadənin.M.B.Məmmədzadənin və başqalarının Almaniyada, Türkiyədə, Polşada, İngiltərə və ABŞ arxivlərində olan zəngin irsi və  sənədlərinin toplanılıb Azərbaycana gətirilməsi üçün bizim mərkəzə və biz tədqiqatçılara imkan yaradılsın. M.Ə.Rəsulzadənin və onun  silahdaşlarının əsərlərinin nəşr edilməsi üçün Məhəmməd Əmin Rəsulzadə Mərkəzinə fəaliyyət şəraiti yaradılsın. Rəsulzadənin Bakı  şəhərində ev muzeyi yaradılsın, ona Bakıda əbədi heykəl ucaldılsın”.

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol