• $
  • €
  • ₽
  • ₺
  • £

DYP-dən sürücülərə xəbərdarlıq: yollarda təhlükəli hava şəraiti gözlənilir

DYP-dən sürücülərə xəbərdarlıq: yollarda təhlükəli hava şəraiti gözlənilir
27.08.2026 11:10

DYP-dən sürücülərə xəbərdarlıq: Yollarda təhlükəli hava şəraiti gözlənilir

Avqustun 27-dən 30-dək Bakıda və Abşeron yarımadasında, eləcə də ölkənin bir sıra bölgələrində küləkli və yağıntılı hava şəraiti müşahidə olunacaq.

Bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, bəzi ərazilərdə küləyin güclənəcəyi, ayrı-ayrı dağlıq və dağətəyi rayonlarda yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı və dolu düşəcəyi gözlənilir. Çaylarda sululuğun artması və qısamüddətli sel keçməsi də ehtimal olunur.

Baş Dövlət Yol Polisi İdarəsi hava şəraitinin yollarda yarada biləcəyi təhlükələri nəzərə alaraq hərəkət iştirakçılarını diqqətli olmağa və yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırıb.

Sürücülərə yağıntılı hava şəraitində sürəti yol və hava şəraitinə uyğun seçmək, ara məsafəsini artırmaq, qəfil və sərt manevrlərdən çəkinmək və ötmə zamanı ehtiyatlı olmaq tövsiyə edilib.

Görünüş məsafəsinin məhdudlaşdığı hallarda işıq cihazlarından düzgün istifadə edilməli, su basmış və sel ehtimalı olan yol sahələrindən keçərkən riskli hərəkətlərə yol verilməməlidir.

Güclü külək zamanı qoşqulu, tentli və uzunölçülü yük avtomobillərinin sürücülərinə xüsusi diqqətli olmaq, yükün etibarlı bərkidilməsinə və avtomobilin dayanıqlılığına nəzarət etmək tövsiyə olunub.

Piyadalara isə yağıntı və külək səbəbindən görmə imkanlarının məhdudlaşa biləcəyini nəzərə almaq və yolu yalnız müəyyən edilmiş yerlərdən keçmək tövsiyə edilib.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol