• $
  • €
  • ₽
  • ₺
  • £

Ceyhun Bayramov Avstriyanın yeni səfiri ilə görüşüb

Ceyhun Bayramov Avstriyanın yeni səfiri ilə görüşüb
27.08.2026 13:13

27 avqust tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avstriyanın Azərbaycan Respublikasında yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Etienn Berxtoldu qəbul edib.

XİN-dən verilən xəbərə görə, səfir Etienn Berxtold etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir səfiri yeni təyinatı münasibətilə təbrik edərək, ona Azərbaycandakı diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Görüş zamanı, Azərbaycan ilə Avstriya arasında siyasi, iqtisadi, enerji, nəqliyyat, turizm, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Azərbaycan ilə Avstriya arasında siyasi dialoqun əhəmiyyəti vurğulanıb. Bununla yanaşı, qarşılıqlı səfərlərin və təmasların, siyasi məsləhətləşmələr mexanizminin, o cümlədən parlamentlərarası əlaqələrin ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynadığı qeyd edilib.

Tərəflər, həmçinin Azərbaycan ilə Avstriya arasında çoxtərəfli platformalar, xüsusilə Birləşmiş Millətlər Təşkilatı, ATƏT və Avropa İttifaqı çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Sözügedən təşkilatlar çərçivəsində qarşılıqlı əməkdaşlığın və əlaqələndirmənin daha da inkişaf etdirilməsinin əhəmiyyəti qeyd olunub.

Nazir Ceyhun Bayramov Avstriyanın 2027–2028-ci illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi münasibətilə bir daha təbriklərini çatdırıb və qarşılıqlı əməkdaşlığa ümidvar olduğunu bildirib.

Daha sonra iqtisadiyyat, energetika və nəqliyyat sahələrində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, habelə Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən strateji enerji və nəqliyyat layihələri barədə fikir mübadiləsi aparılıb.

Görüşdə, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığı vurğulanıb, cari ilin yanvar ayından etibarən Azərbaycan təbii qazının Avstriyaya tədarükünə başlanmasının məmnunluq doğurduğu bildirilib.

Görüşdə, həmçinin postmünaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi, ölkəmiz tərəfindən bölgədə davamlı sülhün və sabitliyin təmin olunması istiqamətində atılan addımlar və qarşıya çıxan çağırışlar barədə məlumat verilib. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri diqqətə çatdırılıb.

Səfir Etienn Berxtold ölkəsinin Azərbaycanı mühüm və etibarlı tərəfdaş kimi qiymətləndirdiyini bildirərək, fəaliyyəti dövründə Azərbaycan ilə Avstriya arasında ikitərəfli əməkdaşlığın bütün istiqamətlər üzrə daha da inkişaf etdirilməsi naminə səylərini əsirgəməyəcəyini qeyd edib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol