• $
  • €
  • ₽
  • ₺
  • £

SpaceX Luizianada 100 milyard dollarlıq nəhəng kosmik stansiya tikməyi planlaşdırır

SpaceX Luizianada 100 milyard dollarlıq nəhəng kosmik stansiya tikməyi planlaşdırır
27.08.2026 14:40

 

SpaceX ABŞ-ın Luiziana ştatında təxminən 100 milyard dollar dəyərində nəhəng kosmik stansiya tikməyi planlaşdırır. Şirkətin və Luiziana ştatı hakimiyyətinin məlumatına görə, obyekt Meksika körfəzi sahilində inşa ediləcək və SpaceX-in ən böyük buraxılış mərkəzi olacaq. Ştat rəsmiləri isə layihənin dünyada ən böyük buraxılış meydançasına çevriləcəyini bildirirlər.

“Bild”in məlumatına görə, kosmik stansiyada hər birində iki platforma olmaqla beş buraxılış kompleksi yaradılması nəzərdə tutulur.

Tikinti işlərinə 2027-ci ildə başlanması, ilk “Starship” raketlərinin isə 2029-cu ildə yeni mərkəzdən buraxılması planlaşdırılır. SpaceX uzunmüddətli perspektivdə kompleksdən ildə minlərlə buraxılış həyata keçirməyi hədəfləyir.

Şirkət hazırda Texas ştatında “Starship” raketləri üçün əsas buraxılış mərkəzini inkişaf etdirir.

SpaceX-in uzunmüddətli planlarına Ay və Marsa müntəzəm uçuşların həyata keçirilməsi, həmçinin Yer kürəsindən kənarda davamlı insan varlığının yaradılması daxildir. Şirkət bu məqsədlər üçün tamamilə təkrar istifadə edilə bilən raketlərdən yararlanmağı planlaşdırır.

Gülnar Nazimqızı 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol