• $
  • €
  • ₽
  • ₺
  • £

2026-cı ilin son tutulma hadisəsi avqustun 28-də baş verəcək

2026-cı ilin son tutulma hadisəsi avqustun 28-də baş verəcək
27.08.2026 17:32

2026-cı ilin son tutulma hadisəsi avqustun 28-də baş verəcək və qismən Ay tutulması olacaq. Azərbaycanda tutulmanın yalnız başlanğıc mərhələsini müşahidə etmək mümkün olacaq. Bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Tutulma saat 05:23-də başlayacaq və 11:01-də başa çatacaq. Hadisə Avropa, Afrika, Şimali və Cənubi Amerika, Sakit, Atlantik və Hind okeanlarında müşahidə olunacaq.

Azərbaycanda saat 05:35-də artıq mülki alaqaranlıq başlayacaq. Ay həmin vaxt üfüqdən yuxarıda olsa da, tutulmanın başlamasından cəmi 12 dəqiqə sonra havanın işıqlanması müşahidəni çətinləşdirəcək. Bu müddət tutulmanın yarımkölgəli fazasına təsadüf edəcək.

Yarımkölgəli Ay tutulması adi gözlə çətin müşahidə olunur və Ayın işığının cüzi azalması ilə özünü göstərir.

Qismən Ay tutulması Yerin kölgəsinin Ayı tam örtmaması zamanı baş verir. Ay tutulması yalnız tam Ay fazasında mümkündür. Ayın orbit müstəvisi Yerin orbit müstəvisinə təxminən 5 dərəcə bucaq altında yerləşdiyindən belə tutulmalar hər ay baş vermir.

2026-cı ildə bundan əvvəl iki Günəş və bir Ay tutulması baş verib. Rəsədxananın məlumatına görə, onların heç biri Azərbaycan ərazisindən müşahidə olunmayıb.

2027-ci ildə isə iki Günəş və üç Ay tutulması olmaqla, ümumilikdə beş tutulma hadisəsi baş verəcək. Onlardan fevralın 21-dəki yarımkölgəli Ay tutulması və avqustun 2-dəki tam Günəş tutulması Azərbaycandan müşahidə ediləcək. Avqustun 2-dəki Günəş tutulması Azərbaycan ərazisindən qismən Günəş tutulması kimi görünəcək.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol