• $
  • €
  • ₽
  • ₺
  • £

DİN-dən tələbələrə xəbərdarlıq: kirayə mənzil elanları ilə bağlı dələduzluğa diqqət

DİN-dən tələbələrə xəbərdarlıq: kirayə mənzil elanları ilə bağlı dələduzluğa diqqət
28.08.2026 09:52

 

Yeni tədris ilinin başlaması ərəfəsində kirayə mənzil axtaran tələbələrin sayının artmasından istifadə edən dələduzlar saxta elanlarla vətəndaşlardan əvvəlcədən beh almağa çalışırlar.

Daxili İşlər Nazirliyindən bildirilib ki, dələduzlar müxtəlif elan platformalarında münasib qiymətə kirayə mənzil təklifləri yerləşdirir, daha sonra isə mənzili “saxlamaq” adı ilə əvvəlcədən ödəniş tələb edirlər.

Vətəndaş pul göndərdikdən sonra isə elan sahibi ilə əlaqə yaratmaq mümkün olmur, telefon zənglərinə və mesajlara cavab verilmir.

DİN vətəndaşlara, xüsusilə tələbələrə mənzili görmədən, elan sahibinin kimliyini və mənzilə dair məlumatları dəqiqləşdirmədən heç bir halda əvvəlcədən pul göndərməməyi tövsiyə edib.

Nazirlik bazar qiymətindən xeyli aşağı təklif olunan mənzillərlə bağlı diqqətli olmağa, həmçinin “təcili beh göndərin”, “başqa müştəri gözləyir” kimi ifadələrlə vətəndaşı tələsdirən şəxslərə inanmamağa çağırıb.

Belə hallarla qarşılaşan şəxslərin dərhal polisə məlumat vermələri tövsiyə olunub.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol