• $
  • €
  • ₽
  • ₺
  • £

10 milyon manatlıq qanunsuz mərc dövriyyəsi: Bu şəbəkələr necə işləyir?

10 milyon manatlıq qanunsuz mərc dövriyyəsi: Bu şəbəkələr necə işləyir?
24.08.2026 19:41

 

Azərbaycanda qanunsuz mərc oyunları təşkil edən şəbəkə vasitəsilə 10 milyon manatlıq dövriyyə həyata keçirildiyi müəyyən edilib.

Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyat nəticəsində “Xbet” və “MostBet” üzərindən qanunsuz mərc oyunları təşkil etməkdə şübhəli bilinən 5 nəfər saxlanılıb.

Araşdırma zamanı müəyyən edilib ki, şübhəli şəxslər “Telegram”da yaratdıqları kanallar vasitəsilə istifadəçiləri qanunsuz mərc və kazino oyunlarına cəlb ediblər. Şəbəkə üzərindən həyata keçirilən əməliyyatlar nəticəsində 10 milyon manatlıq qanunsuz mərc dövriyyəsi formalaşıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, əldə olunan vəsaitlərin leqallaşdırılmasına da cəhd göstərilib.

Qanunsuz mərc şəbəkələri, bir qayda olaraq, istifadəçiləri sosial şəbəkələr və mesajlaşma platformalarında yerləşdirilən reklam və elanlar vasitəsilə cəlb edir. İstifadəçilərə bonuslar, yüksək əmsallar və böyük uduşlar vəd olunur. Ödənişlər isə müxtəlif bank hesabları və elektron ödəniş vasitələri üzərindən həyata keçirilə bilər.

Mütəxəssislər bildirirlər ki, bu cür fəaliyyət maliyyə itkiləri ilə yanaşı, şəxsi və bank məlumatlarının ələ keçirilməsi, vergidən yayınma və pul vəsaitlərinin leqallaşdırılması kimi risklər yaradır.

İstifadəçilərə mərc və şans oyunları platformalarından istifadə etməzdən əvvəl onların qanuni fəaliyyət göstərib-göstərmədiyini və müvafiq icazəyə malik olub-olmadığını yoxlamaq tövsiyə olunur.

 

İstiqamət: 6.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi;

Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb.

Aytac Zeynalova

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol